Bakıda yağan yağışın miqdarı aylıq normanın 247 faizini təşkil edib.Vaxt.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin bu barədə yaydığı məlumata görə, martın 27-si saat 22:00-a olan göstəricilərə əsasən, paytaxt və Abşeron yarımadasında intensiv yağıntılar davam edir.
Qeyd olunub ki, yağıntının miqdarı 58 mm qeydə alınıb.
Bildirilib ki, martın 28-i ərzində də yağışlı hava davam edəcək, bəzi ərazilərdə isə intensiv xarakter alacaq.
Eyni zamanda, güclü yağıntılar səbəbindən bəzi yerlərdə subasma hallarının davam edəcəyi gözlənilir.
Proqnoza əsasən, martın 29-u gündüz saatlarından etibarən yağıntı tədricən kəsiləcək.
çap et