Vaxt.Az

Metropoliten yay vaxtında


 

Sərnişinlərin sayı 300 min nəfər azalıb

Metropoliten yay vaxtında Bakı Metropolitenin qatarları iyunun 17-dən yay qrafikinə uyğun olaraq hərəkət edir.


Bu barədə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, yay sisteminə keçid sərnişinlərin sıxlığının azalması ilə əlaqədardır: «Qış vaxtında metropolitendən 700 min sərnişin istifadə edirdi. Yay fəslində isə istifadə sayı 400-450 minə enib. Buna görə də qatarlar arasında interval artıb. İndi qatarlar sərnişinlərin sıxlığı nəzərə alınaraq 5-6 dəqiqə qrafiklə hərəkət edir. Günün pik saatlarında isə qatarlar qış qrafikinə uyğun hərəkət edir. Əvvəl hər saatda 33 qatar cütü hərəkət edirdi, indi isə bu say 24-ə enib».

 





18.06.2014    çap et  çap et