Vaxt.Az

12 ton şokolad oğurlandı


 

400 mindən çox baton daşıyan yük maşını yoxa çıxdı

12 ton şokolad oğurlandı Avropada 400 mindən çox şokolad batonunu daşıyan yük maşını İtaliyadan Polşaya aparılarkən yoxa çıxıb.

VAXT.AZ xəbər verir ki, hadisə məhsulun istehsalçısı “Nestle” tərəfindən təsdiqlənib.

Məlumata görə, İtaliyanın mərkəzi hissəsində yerləşən zavoddan Polşaya doğru yola çıxan yük maşında təxminən 12 ton və ya 413 mindən çox “KitKat” şokolad olduğu bildirilib. Lakin maşını təyinat məntəqəsinə çatmadan yolda oğurlanıb.

Şirkət nümayəndələri bildiriblər ki, oğurlanan məhsulların hər biri unikal partiya kodları ilə işarələnib, bu da onların qanunsuz satışının izlənməsini asanlaşdırır. İstintaq çərçivəsində yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq aparıldığı qeyd olunub.

Sonradan yayılan məlumatlara görə, itkin düşmüş maşın tapılıb, lakin onun hansı ərazidə aşkarlandığı açıqlanmayıb. Şirkət hadisənin logistika təhlükəsizliyi ilə bağlı problemləri bir daha gündəmə gətirdiyini bildirib.

 





03.04.2026    çap et  çap et