Vaxt.Az

SEPAH-ın kəşfiyyat rəisi öldürüldü


 

Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu

SEPAH-ın kəşfiyyat rəisi öldürüldü ABŞ və İsrail qüvvələrinin birgə zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat şöbəsinin rəhbəri, general-mayor Məcid Xədimi öldürülüb.

VAXT.AZ xəbər verir ki, bu barədə məlumatı SEPAH yayıb.

Rəsmi açıqlamada Xədiminin öldürülməsi təsdiqlənsə də, hadisənin yeri və şəraiti barədə məlumat verilməyib.

ABŞ və İsrailin birgə keçirtdiyi hava zərbələri nəticəsində Tehran yaxınlığındakı məntəqələrə hücumlar nəticəsində 25‑dən çox insan həlak olub. Zərbələrin konkret hədəfləri, vaxtı və istifadə olunan aviasiya vasitələri barədə iştirakçı ölkələr hələlik rəsmi açıqlamalar verilməyib.

 





06.04.2026    çap et  çap et