Vaxt.Az

Kənan Evrənə ömürlük həbs


 

Türkiyənin sabiq prezidentinə ən ağır cəza «12 sentyabr» hadisələrinə görə verildi

Kənan Evrənə ömürlük həbs Respublika prokuroru təqsirləndirilən şəxslərin Türkiyə Cəza Qanununun (TCQ) 146-cı maddəsinə əsasən, ömürlük həbsə məhkum edilmələrini istəyib.


Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika prokuroru Ərdinc Hakan Özdabaqoğlu «12 sentyabr» məhkəmə prosesində təqsirləndirilən şəxslər Kənan Evrən, Tahsin Şahinqaya TCQ-nin 146-cı maddəsinə (dövlətin adamları əleyhinə cinayətlər) əsasən ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.

Ankara Ağır Cinayətlərə dair Məhkəmədə aparılan məhkəmə prosesində Özdabaqoğlu fikirlərini bu cür ifadə edib: «Təqsirləndirilən şəxslər çevriliş etməyə təxminən bir il əvvəl qərar veriblər. Və çevrilişin xalqın gözündə yaxşı görünməyi üçün müdaxilə etməyiblər».

Xatırladaq ki, Türkiyədə prezident Fəxri Qorutürkün hakimiyyəti illərində (1973-1980) ölkədə baş verən terror olaylarına görə və bütün bunların cinayətkarları tapılmadığı üçün Ali Baş Qərargah rəisi Kənan Evrən «hökumət ölkəni idarə edə bilmir» və «vətəndaş qırğını çıxa bilər» əsasları ilə çevriliş edərək hakimiyyətə gəlib. Nəticədə bir çox siyasi ideologiyaya sahib vətəndaş həbs edilib, işgəncə görüb və öldürülüb.

 





18.06.2014    çap et  çap et