Həmin metodun xüsusiyyətlərindən bəhs edən elm adamlarından biri - Nigel Pitts, mövcud müalicələrin ideal olmadığını, müalicə edilərkən, dişin oyulub doldurulduğunu, yeni üsulun isə dişə zərər vermədiyini ifadə edib.
Pitts, EARER adı verilən yeni üsulla dişdə kalsiumun miqdarının normal hala gətirilməsinin təmin edildiyini, dişin yonulmasına və doldurulmasına ehtiyac qalmadığını vurğulayıb. Həmin üsul, tamamilə, ağrısızdır və dişə zərər vermir. Mövcud müalicələrlə eyni qiymətdə olması nəzərdə tutulan yeni müalicə üsulunun qarşıdakı 3 il ərzində tətbiq olunması planlaşdırılır.