Vaxt.Az

Xalid Əhədov TƏBİB-in rəhbəri oldu


 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı

Xalid Əhədov TƏBİB-in rəhbəri oldu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

VAXT.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

 

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.

 





08.04.2026    çap et  çap et