Vaxt.Az

Neft yenidən bahalaşdı


 

Hörmüz boğazındakı sakitlik uzun sürmədi

Neft yenidən bahalaşdı Neft qiymətləri bu gün yenidən artıb. Buna səbəb Hörmüz boğazında fasilələrin davam etməsi və Yaxın Şərqdə yeni gərginliklərin enerji təchizatı ilə bağlı qeyri-müəyyənliyi artırması olub.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, iyun ayı üzrə fyuçerslərdə “Brent” markalı neftin qiyməti 2,5 faiz artaraq 97,10 dollar səviyyəsinə yüksəlib. ABŞ-ın “WTI” markalı xam nefti isə 97,09 dollara qalxıb və qiymətdə 2,8% artım qeydə alınıb.

Qeyd edək ki, hər iki əsas neft göstəricisi əvvəlki sessiyada 13 faizdən çox ucuzlaşmışdı. Bu kəskin ucuzlaşma atəşkəslə bağlı yaranan optimizmlə izah edilirdi.

 





09.04.2026    çap et  çap et