Azərbaycan üçün ən yaxşısı nədir İran ABŞ davasında?Hər ikisi uduzsun. İran da, ABŞ da. Bolca döyüşüb yorulsunlar. Nə ABŞ İranı tam nəzarətə ala bilməsin. Nə İran özünə gələ bilməsin. İran islahatlara getməyə və federallaşmağa məcbur qalsın. İrandakı xalqlar azadlıq əldə etsinlər. Güneyli soydaşların öz haqlarına tam sahib olduqları bir durum yaransın. Bütün bunlar dinc yolla olsun. Burası belə.
Keçək atəşkəsə.
Tramp daha ağır və geniş vuruşlar və dağıntılar hədəsi ilə İran rejiminə öz şərtlərini qəbul etdirməyə çalışdı.
İran rejimi durumun demək olar çıxılmaza yaxın olduğunu anlayır.
İranın iki yolu var:
1. Sonacan vuruşmaq, hakimiyyəti itirmək, İranın darmadağın edilməsi.
2. Danışıqlara gedib şərtləri aşağı-yuxarı qəbul etmək, dağılmaqdan qurtarmaq. Hakimiyyət qalır, addım-addım dəyişmələr baş verir.
İran bir güc kimi qalır və ABŞ ilə əməkdaşlıq edir.
İran atəşkəs razılaşması istəməklə 2 yolu (tam və ya yarımçıq – bəlli deyil) seçdiyini göstərdi. Bu hələ laxlayan bir qərardır. İran içində buna qarşı çıxanlar var.
Üstəlik, ABŞ və İsrailin də danışıqlar zamanı daha nələr istəyəcəyi və edəcəyi bəlli olmaz.
Hər halda bu gün seçilən yol bu.
Atəşkəs və danışıqlar.
Atəşkəs və danışıqlar savaşın ilk vaxtlarından masada idi.
SEPAH və oğul Xameneyi 3 ölkə – Türkiyə, Misirin arasından Pakistanı vasitəçi kimi seçmişdi.
Başlanğıcda İran 6 ay atəşkəs istəmişdi. Sonra 45 günə enmişdi. ABŞ və İsrail razı olmurdu. Nəhayət qısamüddətli bir laxlayan atəşkəsə razılaşdı tərəflər.
ABŞ ordusu hazır durub toplarını yağlayır.
Qısa atəşkəs Trampa da gərəkdir.
Ölkədaxili siyasi gərginlik azaldı. Dəli, savaşçı Tramp imici diplomat, usta danışıqçı, barışcıl imici ilə əvəzlənir.
Yeni hücum üçün siyasi batareyanın doldurulması işi gedir.
Netanyahu isə fasilədən istifadə edib bütün gücünü Livanın, “Hizbullah”ın üstünə salıb.
SEPAH hər yerdə qələbə paradı keçirir.
İmkan verən olsa bir yürüşü də Bakıda keçirər. Xeyli iranpərəst var.
Qələbə paradı, Hörmüzü yenidən bağlamaq, göyə atəş açmaq…
Bu kimi şoular atəşkəs razılaşmasında “hə” deyilmiş ssenarilərdəndir. Hətta “Hizbullah”ın vurulmasına qəti etiraz etmək də.
İran hakimiyyətinə üzünü qorumaq imkanı tanınması tam normaldır. Bu kapitulyasiya deyil.
İran hələ təslim olmayıb. Danışıqlar gedir.
Ən əsas şərtlər bəllidir:
Uranın zənginləşməsi olmayacaq.
Zənginləşdirilmiş uranın təhvil verilməsi;
Hörmüzdən çəkilmə, Hörmüz ətrafında hərbi güc saxlamaqdan imtina, gəmilərin keçidinə hər hansı əngəlin yolverilməzliyi;
Raket istehsalına məhdudiyyətlər;
Bunlar indiki şərtlərdir.
Savaş davam etsə yeni şəraitə uyğun şərtlər dəyişəcək.
çap et