Rusiya Prezidenti Vladimir Putin pravoslavların dini bayramı Pasxa münasibətilə iki günlük atəşkəs elan edib. Sabah saat 19:00-da qüvvəyə minəcək atəşkəs bazar günü ərzində davam edəcək.VAXT.AZ xəbər verir ki, bu barədə dünən Kremldən açıqlama yayılıb.
Açıqlamaya əsasən, atəşkəs 11 aprel saat 19:00-da başlayacaq və 12 aprel gününün sonunadək qüvvədə olacaq.
Kremlin həmçinin bəyan edib ki, Ukraynanın da eyni müddətdə atəşkəs rejiminə qoşulacağı gözlənilir. Rəsmi Moskva Kiyevin paralel şəkildə oxşar qərar qəbul etməsinin zəruri olduğunu vurğulayıb.
“Ukrayna tərəfinin Rusiya Federasiyasının nümunəsini izləyəcəyini əsas götürürük”, – deyə Kremlin açıqlamasında qeyd olunub.
çap et