Vaxt.Az

Azərbaycan ərazisi böyüdü


 

Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı

Azərbaycan ərazisi böyüdü Ermənistan və Azərbaycan arasında aparılan delimitasiya və demarkasiya prosesi nəticəsində sərhəd xəttində baş verdiyi iddia olunan dəyişikliklər onlayn xəritə servislərində görünməyə başlayıb.

VAXT.AZ xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, dəyişikliklər əsasən Tavuş vilayəti ərazisində, xüsusilə Kirants kəndi yaxınlığında qeydə alınıb. Bildirilir ki, xəritə platformalarında sərhəd xəttinin əvvəlki və yeni versiyaları arasında fərqlər müşahidə olunur.

Sayt yazır ki, tərəflər 2024-cü ildə bəzi sahələr üzrə delimitasiya və demarkasiya barədə razılıq əldə edilib və həmin istiqamətdə işlər həyata keçirilib.

Bəzi ərazilərin Azərbaycan tərəfinin nəzarətinə keçdiyi iddia edilir və bu dəyişikliklər xəritə servislərində vizual olaraq görünməyə başlayıb. Ermənistan tərəfi sərhəd koordinatlarını rəsmi şəkildə ictimaiyyətə açıqlamayıb.

 





10.04.2026    çap et  çap et