Vaxt.Az

ABŞ təyyarəsi Pakistana endi


 

“Danışıqlar hərbi bazada keçirilə bilər”

ABŞ təyyarəsi Pakistana endi İslamabadda gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda ABŞ hərbi nəqliyyat təyyarəsinin Nur Xan hərbi bazasına enib.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, quyruğunda “Çarlston” adı yazılan təyyarədə kimlərin olduğu rəsmi olaraq açıqlanmayıb.

Bəzi ABŞ mediası iddia edir ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vens, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof və kürəkəni Cared Kuşner İranla atəşkəs danışıqlarında iştirak edə bilərlər.

İslamabadda da sərt təhlükəsizlik tədbirləri, o cümlədən şəhərin iki günlük müvəqqəti bağlanması barədə məlumatlar var. Daha öncə təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən danışıqların hərbi bazada keçirilə biləcəyi haqda məlumatlar yayılmışdı.

 





10.04.2026    çap et  çap et