Vaxt.Az

Blokada xəbəri nefti bahalaşdırdı


 

Enerji qiymətləri kəskin artdı

Blokada xəbəri nefti bahalaşdırdı ABŞ ilə İran arasında danışıqların uğursuz başa çatması və Hörmüz boğazı istiqamətində blokada qərarı fonunda dünya bazarlarında neft qiymətləri kəskin artıb.

VAXT.AZ “Bloomberg”ə  istinadən xəbər verir ki, “Brent”in qiyməti bir barel üçün təxminən 9,1 faiz artaraq 104 dollara yüksəlib. Eyni zamanda Avropa üzrə təbii qaz fyuçersləri 18 faiz bahalaşıb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran limanlarına daxil olan və ya çıxan gəmiləri əhatə edən blokada bu gün Nyu-York vaxtı ilə saat 10:00-dan (Bakı vaxtilə 18:00) tətbiq olunmağa başlanacaq.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarlarında təklifin azalması riskini yüksəldir və bu proses inflyasiyanın sürətlənməsi ilə yanaşı iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.

 





13.04.2026    çap et  çap et