Vaxt.Az

Qızıl ucuzlaşır


 

Qiymətli metal fevralın 28-dən bəri 11 faiz dəyər itirib

Qızıl ucuzlaşır Dünya bazarlarında qızıl qiymətləri dolların möhkəmlənməsi və neftin bahalaşması fonunda ucuzlaşıb.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, spot qızılın qiyməti 0,6% azalaraq unsiya üçün 4.718,98 dollara, ABŞ-də iyun fyuçersləri isə 1 faiz düşərək 4.742 dollara enib.

Eyni zamanda dollar indeksi 0,4% bahalaşıb, neft qiymətləri isə bir barel üçün 100 dollardan yuxarı qalxıb.

Qeyd olunur ki, 28 fevraldan bəri davam edən Yaxın Şərq gərginliyi fonunda qızıl ümumilikdə 11%-dən çox dəyər itirib.

Digər qiymətli metallarda isə gümüş 2,2% azalaraq 74,23 dollara, platin 0,5% düşərək 2.034,95 dollara, paladium isə 1% artaraq 1.535,77 dollara yüksəlib.

 





13.04.2026    çap et  çap et