ABŞ ilə İran arasında diplomatik səylərin nəticəsiz qalması fonunda dünya bazarlarında neft qiymətləri kəskin bahalaşıb. “Brent” markalı neftin qiyməti bu gün 8 faiz artaraq bir barel üçün 103 dolları ötüb.VAXT.AZ Bloomberg”ə istinadən xəbər verir ki, “Onyx Capital Group” şirkətinin baş direktoru Xorxe Montepek bildirib ki, ABŞ-nin Hörmüz boğazı üzərində blokada planı həyata keçirilərsə, qiymətlər 140–150 dollara qədər yüksələ bilər.
O, “Bloomberg”ə müsahibəsində qeyd edib ki, hazırkı artım mümkün blokadanın yaradacağı təsiri tam əks etdirmir. Montepek bildirib ki, ABŞ planı tam icra olunarsa, bazar daha kəskin reaksiya verə bilər.
Ekspertin sözlərinə görə, İran limanlarına giriş və çıxış edən bütün gəmiləri əhatə edə biləcək blokada gündəlik 12 milyon barel həcmində neft tədarükünün risk altına düşməsi ilə nəticələnə bilər. Bu isə regional qarşıdurmanı qlobal iqtisadi böhran səviyyəsinə yüksəldər.
Analitiklər hesab edir ki, bazarda hazırkı nisbətən sakit reaksiya investorların tərəflərin boğazı tam bağlamaqdan çəkinəcəyi ilə bağlı ümidləri ilə bağlıdır. Lakin blokada tam tətbiq olunarsa, qiymətlərin 150 dollara qədər yüksəlməsi ehtimalı yüksək qiymətləndirilir.
Eyni zamanda bildirilir ki, əgər ABŞ Prezidenti Donald Tramp administrasiyası planlaşdırılan addımlardan geri çəkilərsə, neft qiymətləri ilin qalan hissəsində 100 dollar ətrafında sabitləşə bilər.
çap et