Vaxt.Az

Siyasi böhran pik nöqtədə


 

Bolqarıstanın yeganə çıxış yolu seçkilərdir

Siyasi böhran pik nöqtədə Bu gün Bolqarıstanın prezidenti Rozen Plevneliev bəyan edib ki, aylarla davam edən siyasi böhranı dayandırmaq üçün əksər siyasi partiyalar sentyabrın sonlarına, oktyabr ayının əvvəllərinə növbədənkənar parlament seçkilərinin keçirilməsini qərarlaşdırıblar. Əsas səbəb isə mayın 25-i baş tutan Avropa Parlamenti seçkilərində müxalifət partiyalarının yaxşı nəticə göstərməsi və bununla da, hakim Sosialist Partiyasının legitimliyinin itirməsidir.


Sosialist Partiyası öz növbəsində yeni parlament seçkilərinin keçirilməsinə və yeni hökumətin qurulmasına razılığını bildirib.

Beləliklə, yaxın günlərdə baş nazir Plamen Oreşarski hökumətinin istefası və prezident Plevneliev tərəfindən yeni seçkilər baş tutanadək müvəqqəti hökumətin formalaşdırılması gözlənilir.

Xatırladaq ki, son seçkilər korrupsiya, aşağı yaşayış standartları və elektrik enerjisinə olan yüksək qiymətə qarşı keçirilən irimiqyaslı ictimai etirazlardan sonra, vaxtından bir neçə ay əvvəl 2013-cü ilin may ayında keçirilmişdir.

Son sorğulara görə, seçicilərin 22 faizi «Vətəndaşlar Bolqarıstanın Avropameyilli İnkişafı Üçün» partiyasına (GERB), 17 faizi isə Sosialist Partiyasına meyillidirlər.

 





18.06.2014    çap et  çap et