ABŞ-nin İran limanlarına qarşı nəzərdə tutulan dəniz blokadasını həyata keçirmək məqsədilə bölgəyə 15-dən artıq hərbi gəmi yerləşdirdiyi bildirilir.
VAXT.AZ “The Wall Street Journal”a istinadən bildirir ki, qəzetə danışan yüksək vəzifəli ABŞ rəsmisi qeyd edib ki, sözügedən gəmilər artıq tapşırıqlarını icra etməyə başlayıb.
ABŞ prezidenti Donald Tramp ötən gün İran və Pakistan ərazisində aparılan danışıqlar prosesinin uğursuzluqla nəticələnməsindən sonra sosial media platformasında paylaşım edərək, Hörmüz boğazının blokadaya alınması prosesinə başlanacağını açıqlamışdı.
Bu bəyanatdan sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) dünən (13 aprel) Bakı vaxtilə saat 18:00-dan etibarən İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasının başlanacağını elan emişdi.
Donald Tramp bu gün mövzu ilə bağlı verdiyi növbəti açıqlamada bildirib ki, İrana məxsus gəmilər Hörmüz boğazını blokadaya alan ABŞ hərbi-dəniz qüvvələrinə yanaşacağı təqdirdə vurulacaqlar: “Xəbərdarlıq: Bu gəmilərdən hər hansı biri blokadamıza yaxınlaşarsa, narkotik qaçaqmalçı qayıqlarına qarşı istifadə olunan eyni sistemlə dərhal məhv ediləcək. Bu, sürətli və amansız bir əməliyyatdır”.
çap et