İran prezidenti Məsud Pezeşkian Hörmüz boğazına yönələn hər hansı təhdidin dünya üçün genişmiqyaslı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.VAXT.AZ xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian Emmanuel Makron ilə telefon danışığı zamanı ABŞ ilə İran arasında elan edilmiş atəşkəsin son vəziyyətini müzakirə edib.
Pezeşkian bildirib ki, İran yalnız beynəlxalq hüquq çərçivəsində danışıqları davam etdirəcək. O vurğulayıb ki, atəşkəsin şərtləri açıq şəkildə elan olunub və Tehran bu şərtlərə sadiq qalacaq.
ABŞ-nin maksimalist tələblərinin razılaşmanın əldə olunmasına mane olduğunu qeyd edən İran prezidenti, “Hörmüz boğazına yönələn hər hansı təhdid dünya üçün genişmiqyaslı nəticələr doğuracaq”, – deyib.
Öz növbəsində, Emmanuel Makron qeyd edib ki, Livan da ilkin atəşkəs razılaşmasına daxil edilməlidir.
çap et