Vaxt.Az

Ermənistana növbəti qatar yola salındı


 

Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi

Ermənistana növbəti qatar yola salındı Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

VAXT.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqona yüklənmiş 240 ton gübrə yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

 





14.04.2026    çap et  çap et