Vaxt.Az

Kəmaləddin Heydərova iki yeni müavin


 

Aralarında 10 yaş fərq var

Kəmaləddin Heydərova iki yeni müavin Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

VAXT.AZ xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev isə 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

 





14.04.2026    çap et  çap et