ANS PRESS-in məlumatına görə, Sarkisyan hakimiyyəti belə yalanları uydurmaq üçün adətən məlum regiondan, yəni Dağlıq Qarabağdan və Azərbaycanın digər rayonlarından olan ermənilərdən istifadə edir. Hər halda, hakimiyyət ortaqlarıdır. Belə jurnalistlərdən biri də Levon Məlik-Şahnazaryandır. Azərbaycanın Gəncə şəhərində doğulmuş Şahnazaryan bu gün belə bir iddia ilə məqalə yazıb ki, guya erməni ordusu bir güllə də atmadan Naxçıvanda Azərbaycan ordusunun nəzarətində olan yüksəkliyi alıb. Azərbaycan əsgərləri də ermənilərin daha yüksək mövqeni ələ keçirdiyi üçün mövqeyini tərk ediblər. Levon Melik-Şahnazaryan hətta dediklərinə əyani sübut kimi iki ədəd fotoşəkil də qoyub ki, bəs bunlar da Azərbaycanın həmin dağlarda rahatca qoyun otaran elat camaatıdır. Erməni jurnalist iddia edib ki, guya Azərbaycan elatı əsgərlərin getdiyini görüb, həmin yaylaqları tərk edib. Əslində baş verib?
Sadəcə, hansısa həvəskar fotoqraf dağlarda hansısa elat obasının şəklini çəkib və bir erməni portalına yerləşdirib. Levon Məlik-Şahnazaryan da bunun Naxçvandakı azərbaycanlı elatlara məxsus yaylaqlar olduğunu və bunu daha yüksək mövqeni ələ keçirmiş erməni hərbçilər tərəfindən çəkildiyini iddia edib. Amma şəkilin özündən də görünür ki, ortada heç bir erməni əsgəri filanı yoxdur. Bir nəfər yüksəkliyə çıxaraq elatın köç yerinin şəklini çəkib.
Bu köç yerinin ermənilərə məxsus olması da istisna edilmir. Levon Məlik-Şahnazaryanın ermənilərə dəxli olmayan J1 genini daşıyan alban babalarının yaşadığı Göyçə mahalında, daha doğrusu babası Məlik Şahnəzərin qəbri yerləşən Böyük Məzrə kəndində ermənilər türklərlə birlikdə yaylağa köçərdilər və indi də İstisu tərəfdəki Böyük dağ yaylağına köçürlər. Yəni şəkildəki rahatlıqla erməni köçü də ola bilər.
Bir də ki, Göyçə mahalından onlarla oğlan var ki, hər il bir neçə dəfə Qoca dağdan Sarı nərə və Sona bulağına enərək şəkil çəkdirirlər. Bu hesabla, Azərbaycan ordusu indiyə kimi gərək 10 dəfə Göyçədə post tutması barədə raport verəydi.