Vaxt.Az

Neft və qaz kəskin bahalaşdı


 

ABŞ-İran gərginliyi qiymətləri silkələdi

Neft və qaz kəskin bahalaşdı Neft və təbii qaz qiymətləri ABŞ Hərbi Dəniz Qüvvələrinin İran bayrağı altında üzən bir gəmini ələ keçirməsindən sonra kəskin şəkildə artıb.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bazarlar xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda ciddi dalğalanma yaşayıb. Qlobal bazarlarda “Brent” markalı neft qiymətləri əvvəlki sessiyada qeydə alınan itkiləri qısa müddətdə kompensasiya edərək 7,9%-ə qədər artım göstərərək 96 dollara çatıb.

Avropada təbii qaz qiymətləri isə eyni dövrdə 11%-ə qədər yüksələrək 44 avroya çatıb.

Beynəlxalq ticarət izləmə platformalarının məlumatına görə, bazar günü günortadan etibarən Hörmüz boğazından heç bir ticarət gəmisinin keçidi qeydə alınmayıb.

Əvvəlki gün ən azı 13 neft tankeri istiqamətini dəyişərək Fars körfəzi ərazisinə geri qayıdıb və boğazdan çıxış cəhdlərini dayandırıb.

Ekspertlər bu vəziyyəti enerji bazarlarında ciddi təchizat riskinin göstəricisi kimi qiymətləndirirlər.

Bəzi investisiya şirkətlərinin nümayəndələri bildirirlər ki, bazarlar hələlik tam panika mərhələsinə keçməyib, lakin risk təhlükəsi yüksək olaraq qalır.

Analitiklərin fikrincə, gərginlik davam edərsə, neft qiymətlərinin 105–115 dollar aralığına qədər yüksəlməsi mümkündür.

 





20.04.2026    çap et  çap et