Vaxt.Az

“Kişilər öz vərdişlərinin nökəridirlər”


 

Uilyam Moemin aforizmləri

“Kişilər öz vərdişlərinin nökəridirlər” VAXT.AZ məşhur ingilis yazıçısı və dramaturqu Uilyam Somerset Moemin (1874-1965) aforizmlərini təqdim edir.

“Arzu – reallıqdan uzaqlaşmaq yox, ona yaxınlaşmaqdır”.

***

“İnsanlar hansısa məsələni düşünüb həll etməkdən daha çox, kiməsə damğa vurmağa meyilli olur”.

***

“Dünyada eyni vaxtda həm sevib, həm də nifrət etməkdən ağır əzab yoxdur”.

***

“Həyatın mənə öyrətdiyi ən dəyərli şey heç nəyə təəssüflənməməkdir”.

***

“Həyatın bir qəribə özəlliyi var: əgər siz yalnız ən yaxşını seçib, o birilərdən imtina etməyi bacarırsınızsa, çox vaxt istəyinizə çatırsınız”.

***

“Təəssüf ki, bizim bu yöndəmsiz dünyamızda yaxşı vərdişləri tərgitmək, pis vərdişlərdən xilas olmaqdan daha asandır”.

***

“İnsan nə qədər bədbəxtdirsə, bir o qədər də qəzəblidir”.

***

“Aydın və sadə dildə yazmaq, səmimi və xeyirxah olmaq qədər çətindir”.

***

“Ölmək – cansıxıcı və kədərli bir işdir. Məsləhət görərdim, heç vaxt bu işlə məşğul olmayasınız”.

***

“Əgər sənin geyiminə fikir verən yoxdursa, deməli, paltarın əyninə yaraşır”.

***

“Hər gələn nəsil atalara və babalara gülür, amma əcdadlarla qürur duyur”.

***

“Biganəliyin bir adı da təmkindir”.

***

“Şərə dözmək şər əməl törətməkdən daha yaxşıdır”.

***

“Uğurun yalnız bir yolu var – həyatı ürəyin istəyən kimi yaşamaq”.

***

“Qocalığın ən böyük üstünlüyü ruhən azad olmaqdır”.

***

“Özünü dərk etmiş insanı dövlətlə barışdırmaq mümkün deyil”.

***

“Əzizim, inan mənə, sənə nə desələr də, bil ki, qadın üçün ən yaxşı peşə həyat yoldaşı olmaqdır”.

***

“Səfeh olduğunu bilmək, səfeh olub bilməməkdən daha yaxşıdır”.

***

“Əgər məğzində ehtiras yoxdursa, bu artıq məhəbbət deyil. Ehtirası sönməməyə isə həzz yox, maneələr qoymur”.

***

“Keçmişlə yaşamağa başladınsa, deməli, gələcəyin artıq ölüb”.

***

“Qadının nəyə qadir olduğunu yalnız qadın bilir”.

***

“Uğur qazanmaq istəyirsənsə, özündən aşağı rəqiblə yarışma”.

***

“Kişilər öz vərdişlərinin nökəridirlər”.

***

“Qadınlar kişiləri öz gözəllikləri ilə cəlb edib, yanlarında saxlamaq üçün onların qüsurlarından istifadə edirlər”.

***

“İnsan başqalarının məsləhəti ilə etdiyi düzgün hərəkətdən daha çox, öz səhvlərindən dərs alır”.

***

“Fikrimcə, incəsənətdə ən mühüm məqam sənətkar şəxsiyyətidir. Əgər şəxsiyyət fərqlidirsə, mən ona bütün səhvlərini bağışlayaram”.

***

“Özünə hakim kəsilə bilməyən adam, başqalarına necə hökm edə bilər?”

***

“Əsas məsələ sevilmək yox, sevməkdir. Çünki bəzən səni dəlicəsinə sevən adamın yanında ürəyin sıxılır”.

***

“Əgər vacib deyilsə, pauza eləmə, amma elədinsə, bacardığın qədər uzat”.

***

“Pul altıncı hissdir. O olmadan qalan beş hissdən istifadə etmək mümkün deyil”.

***

“Sən çox yaxşı ana olmusan. Elə bir hərəkət etmisən ki, ömrüm boyu borcundan çıxa bilmərəm. Məni rahat buraxmısan”.

***

“Müdriklik - insanlardan yaxşı şeyləri əxz eləyib, pis şeylərə qarşı nəfsi qorumaqdır”.

***

“Yol. Kimsə onu opiumda, kimsə Tanrıda, kimsə şərabda, kimsə məhəbbətdə axtarır. Amma Yol hamımız üçün eynidir və ünvansızdır”.

***

“Həyatda üç qızıl qayda var: heç vaxt günaha batma, əgər batdınsa, heç vaxt peşman olma və ən əsası, əgər peşman oldunsa, heç vaxt etiraf etmə”.

***

“Əsl oxucu üçün roman mütaliə etmək iş yox, əyləncədir”.

***

“Mən bu çox qoca dünyaya çox gec gəldim”.

***

“İnduizm təkcə din yox, həm də fəlsəfə, hələ üstəlik, həyat tərzidir”.

***

“İyirmi beş yaşlı subay qızla, onun yaşıdı olan gəlinin arasında böyük fərq var”.

***

“Yer üzündə yeganə təmənnasız hiss valideyn sevgisidir”.

 





12.08.2025    çap et  çap et