VAXT.AZ Roma ədəbiyyatının qızıl dövrünün görkəmli nümayəndəsi, şair Kvint Horatsi Flakkın aforizmlərini təqdim edir.“Lazım olan yerdə dəlilik etmək ağıllı hərəkətdir”.
***
“Böyük vədlər inamı azaldır”.
***
“Sağlam vaxtı qaçmırsansa, xəstələnəndə qaçmalı olacaqsan”.
***
“Bu gündən yapış, heç vaxt sabaha bel bağlama”.
***
“Ağıldan məhrum güc özü də bilmədən yox olacaq”.
***
“Hiddət – qısamüddətli dəlilikdir”.
***
“Hamını eyni gecə gözləyir”.
***
“Əgər indi işlərin düz getmirsə, bu o demək deyil ki, həmişə belə olacaq”.
***
“Ölüm eyni vaxtda həm kasıbın daxmasının, həm də şahın sarayının qapısını döyür”.
***
“Növbəti günə daha az bel bağlamaqla, hər günündən istifadə et”.
***
“Bəşər övladını bərabərhüquqlu edən yeganə amil – ölümdür”.
***
“Az şeyə qane olub yaşmağı bacarmayanlar həmişə kölə olacaq”.
***
“Şəkil də şeirdir, sadəcə, sözsüz şeir”.
***
“Anı tutmağa çalış”.
***
“Öz əhvalını idarə et. Əgər idarə edə bilməsən o sənə hökm edəcək”.
***
“Nə işdən yayın, nə də işə həddən ziyadə can qoy”.
***
“Yazdıqlarını tez-tez poz”.
***
“Çox şeyə nail olan üçün daha çox şey çatışmır”.
***
“Ötüb-keçən hər şey keçmişdir”.
***
“Bu gün gizli qalanı nə vaxtsa zaman özü açacaq”.
***
“Ürəyin istədiyini yox, yalnız sənin olanı sev”.
***
“Müharibələr – anaların lənətidir”.
***
“Səhv etmək qorxusu, səhvə yol açır”.
***
“Qısa həyatımızda nədən belə çox şeylər istəyirik?!”
***
“Düzəldə bilməyəcəyimiz səhvlərə qarşı daha dözümlü oluruq”.
***
“Bədbəxtlik – xoşbəxtlik anlarında yatmış istedadı oyatmaq qabiliyyətinə malikdir”.
***
“Hamıya məlum olan həqiqətləri ifadə etmək çətindir”.
***
“Verdiyin məsləhətin fərqinə varmadan, qısa ol”.
***
“Sabah nə olacağını heç vaxt soruşma”.
***
“Mənəviyyat olmayan yerdə qanunların nə faydası?”
***
“Qısa danışmağa çalışıram və anlaşılmıram”.
***
“Bu gün yalnız bu günə uyğun fikirləri dilinə gətir. Qalanlarını münasib vaxtda deyərsən”.
çap et