Vaxt.Az

“Bağışlamaq, əslində, hər şeyə son qoymaqdır”


 

Fransuaza Saqanın aforizmləri

“Bağışlamaq, əslində, hər şeyə son qoymaqdır” VAXT.AZ məşhur fransız yazıçısı Fransuaza Saqanın (1935–2004) aforizmlərini təqdim edir.

“Təcrübə – etdiyin və təəssüf ki, hələ edə bilmədiyin səhvlərin məcmusudur”.

***

“Kompliment – qadının faydalılıq əmsalını ikiqat artırır”.

***

“Əslində, izdivaclar hamısı uğurludur. Bütün çətinliklər ər-arvadın bir damın altında yaşadığı gündən başlayır”.

***

“Qadın cavanlıqda sevilmək üçün gözəl olmalı, qocalıqda isə gözəl olmaq üçün sevilməlidir”.

***

”Sevinc ani və saxta bir hissdir, sizinlə əbədi qalan yalnız kədərdir”.

***

“Kişi heyranlığı qadın sağlamlığı üçün istənilən qidadan və dərmandan daha təsirlidir”.

***

“Gənc qızlar çox vaxt ər qazananda dostu itirməli olurlar”.

***

“Yalnız qapını arxanca çırpdıqdan sonra gələcəyə pəncərə aça bilərsən”.

***

“Özgə yuxularından darıxdırıcı heç nə yoxdur”.

***

“Bağışlamaq, əslində, hər şeyə son qoymaqdır”.

***

“Kişilərin dərdi qadınlardan daha böyükdür – ən azı onlara dözdükləri üçün”.

***

“Özlərini kişi kimi aparan kişiləri xoşlayıram – həm kişi, həm də uşaq kimi”.

***

“Yalanın ən ikrah doğuran növü susmaqdır”.

***

“Başı yerində olan kişi qadını həmişə düzgün anlayır. Sevgidən başını itirən kişi isə həmişə tərəddüd içində olur”.

***

“Şöhrət adamı qəflətən yaxalamır, asta-asta gəlir”.

***

“Kimisə tanımaq üçün ədəbiyyatdan danışmaq heç də vacib deyil, hərdən onunla rəqs etmək də kifayətdir”.

***

“Dünyaya ağlaya-ağlaya gəlirik və həyatımız bu göz yaşlarının heç də əbəs olmadığını təsdiq edir”.

***

“Müasir gənclər haqqında hansısa bir əsəri oxumaqdan əvvəl müəllifin yaşını bilmək lazımdır”.

***

“Nəzakət xətrinə mənimlə danışanın üzünə gülümsəsəm də, adətən, onun dedikləri yox, özüm barədə düşünürəm”.

***

“Bütün qadınlar bir-birinə bənzəyir: çox şey tələb edir, lazım olandan da artıq qaytarır, xəbəriniz belə olmadan etibarınızı qazanır və günlərin birində ən adi bir səbəbdən həyatınızdan qeyb olur”.

***

“Hiss etdim ki (romanlarda yazıldığı kimi), saçlarım laklanmış olsa da, biz-biz durdu”. 

***

“Sartr bir gün mənə dedi ki, çox ağıllı insanlar heç vaxt əzazil olmurlar, çünki zalımlıq özünə məhdudiyyət qoymaqdır”.

***

“Mən dəli kimi sevmişəm. Dəlilik mənim təsəvvürümdə sevmək üçün yeganə vasitə olub”.

 





17.08.2025    çap et  çap et