VAXT.AZ məşhur Niderland rəssamı Vinsent Villem van Qoqun (1853–1890) aforizmlərini təqdim edir.
“Hələ də diri olduğumu yalnız rəsm çəkəndə hiss eləyirəm”.
***
“Adi yaşam tərzi asfalt yol kimidir, üzərində yerimək rahat olsa da, üstündə gül bitmir”.
***
“Həmişə bacarmadığım işi görürəm ki, nəsə öyrənə bilim”.
***
“Həmişə işıq və azadlıq axtarışında ol və həyat adlı bataqlığa az bat “.
***
“Kədər səninlə əbədi yol yoldaşıdır”.
***
“Məsih pak bir ömür yaşadı və o həm də dahi rəssam idi”.
***
“Kitab yalnız əsər deyil, həm də vicdan, idrak və incəsənətdir”.
***
“Dahilik – çoxlu sayda xırdalıqlardan yaranır”.
***
“Səbəbini bilməsəm də, etiraf edim ki, ulduzlara baxanda xəyala dalmaq istəyirəm”.
***
“Öz rəsmimi yaratmağı arzulaya-arzulaya öz arzumu kətana köçürürəm”.
***
“İşlərimə görə həyatımı qurban verib ağlımı yarıyacan itirdim”.
***
“Həyatda gərək bir qədər səfeh görünəsən”.
***
“Sənət – insan üstəgəl təbiət deməkdir”.
***
“İçinizin səsi bir gün sizə “daha çəkə bilmirsən” desə də, heç nəyə baxmadan dayanma, o səs bir gün özü susacaq”.
***
“Darıxmaqdan ölməkdənsə, yaxşısı budur, qocalıqdan ölüm”.
***
“Əgər təbiətə ürəkdən bağlısınızsa, hər yerdə gözəllik tapacaqsınız”.
***
“Cənublular xasiyyətcə yaxşı adamlar olurlar, hətta oranın ruhanisi də abırlı adam təsiri bağışlayır”.
***
“Şəxsi təcrübədə öyrəndiklərini dərhal həzm edə bilməsən də, əvəzində beynində daha dərin izlər qoyur”.
***
“Bütün həyatımı və ruhumu rəsmlərimə verdim və bu prosesdə ağlımı itirdim”.
***
“Tanrıya yaratdığı dünyaya görə qiymət vermək olmaz. Dünya, sadəcə, uğursuz etüddür”.
***
“Bəzən düşünürəm ki, gecə gündüzlə müqayisədə daha diri, daha rəngarəngdir”.
***
“Düşündükcə bu qənaətə gəlirəm ki, insanları sevməkdən gözəl əsər yoxdur”.
***
“Həyat dəmir yolu ilə gəzintiyə çıxmaq kimidir. Elə sürətlə gedirsən ki, nə qarşıda olanları, nə də qatarın özünü görə bilirsən”.
***
“Zərbələr alsam da, bəzən səhvlər etsəm də, haqlı olmasam da, bu o qədər də dəhşətli deyil, çünki əsas məsələlərdə haqlıyam”.
***
“Balıqçılar dənizin təhlükəsini, qasırğanın dəhşətlərini bilsələr də, sahildə oturub qalmırlar”.
***
“Təsviri sənət çox bahalı məşuqə kimidir: pulun olmasa, ona yaxın düşə bilməzsən, pul da həmişə lazımi qədər olmur”.
çap et