Vaxt.Az

“İnsanın əsl siması sərxoş olanda üzə çıxır”


 

Çarli Çaplinin aforizmləri

“İnsanın əsl siması sərxoş olanda üzə çıxır” VAXT.AZ məşhur Amerika aktyoru və rejissoru Çarli Çaplinin aforizmlərini təqdim edir.

“Həyat – iri planda baxanda tragediya, uzaqdan baxanda komediyadir”.

***

“İnsanın əsl siması içkili olanda üzə çıxır”.

***

“Sənin çılpaq bədənin, çılpaq ruhunu sevənə qismət olmalıdır”.

***

“Hər halda, heyf, lal kinodan. Qadının ağzı açılsa da, səsi eşidilməyən kadrlar necə də gözəl idi”.

***

“Mənim ağrım kimisə güldürə bilər, amma gülüşüm heç vaxt kiməsə ağrı gətirməməlidir”.

***

“Bil ki, ən nəhəng brilyant Günəşdir. Və xoşbəxtlikdən, hamı üçün parlayır”.

***

“Düşünmək bacarığı – skripkada, yaxud royalda çalmaq kimi gündəlik məşq tələb edir”.

***

“Fillərdən zəhləm gedir: bu cür gücün yiyəsi də belə itaətkar olar?”

***

“Güzgü – ən yaxın dostumdur. Çünki mən ağlayanda heç vaxt gülmür”.

***

“Başıaşağı adam heç vaxt göy qurşağını görə bilməz”.

***

“Harada yaşamağın heç bir fərqi yoxdur. Əsas məsələ kiminlə yaşamaqdır”.

***

“Uşaqlığı olmayan adamın qocalığı da olmayacaq”.

***

“Bir nəfəri öldürən adam əclaf, min nəfəri öldürən isə qəhrəmandır”.

***

“Həyatda ən kədərli şey – dəbdəbəyə alışmaqdır”.

***

“Bu fani dünyada əbədi heç nə yoxdur – hətta çətinliklər də müvəqqətidir”.

***

“Ağılla edilən səfehlik ağılsızlıqdan edilən səfehlikdən qat-qat çoxdur”.

***

“Həyat mübahisəsiz çox mənasız olardı. Yaşanan hər günün müzakirəyə ehtiyacı var”.

***

“Mən peşəmlə pul qazanmaq xatirinə məşğul olmağa başladım. Sənət özü onun içindən boy göstərdi. Bu etirafım kiməsə xoş gəlməyə bilər, amma bu, bir həqiqətdir”.

***

“İdeya necə yaranır? Yalnız dəlilik həddində olan inadkar axtarışlar nəticəsində”.

***

“Sənət naminə səhnəyə çılpaq da çıxa bilərsən. Amma oradan nəinki geyimli-kecimli, həm də saf dönüb qayıtmalısan”.

***

“Komediya çəkmək üçün mənə park, polis və bir gözəl qız kifayətdir”.

***

“Mən olsa-olsa, sadəcə, klounam və belə də qalacağam. Bu obrazımla istənilən siyasətçidən daha yüksəkdəyəm”.

***

“Özünə inanmalısan. Əsas məsələ budur. Hətta yetimlər evində yaşayanda, bir tikə çörək üçün küçələrə düşəndə belə mən özümü dünyanın ən nəhəng aktyoru kimi təsəvvür edirdim”.

***

“Həyat – repetisiyasız pyesdir. Odur ki səhnə bitənə və pərdə alqışsız-filansız enənəcən kefiniz istəyən qədər çalın-oynayın, ağlayın, gülün”.

 





18.09.2025    çap et  çap et