VAXT.AZ məşhur insanların müharibə haqqında aforizmlərini təqdim edir.“İşğala uğrayan vətən torpaqları sülhlə yox, yalnız savaşla alınar!”
Şeyx Şamil
***
“Yadelli qəsbkarlara qarşı üsyan hər bir xalqın müqəddəs borcudur və bu, yazılmamış bir qanundur”.
Stendal
***
“Müharibədən yayınmaq mümkün deyil, onu yalnız düşmən üzərində hər sahədə üstünlük qazanana qədər təxirə salmaq olar”.
Nikkolo Makiavelli
***
“Müharibə danışanda, qanunlar susur”.
Siseron
***
“Müharibə zamanı ən əsas və əhəmiyyətli olan sürətdir”.
Lao Tszı
***
“Sülh bəşəriyyətin xilası, müharibə isə cinayətidir”.
Viktor Hüqo
***
“İstənilən sərkərdəyə müharibəni elan etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır”.
Sultan Fateh Mehmet
***
“Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir: sadəcə kişilərin qanını, qadınların isə göz yaşlarını axıdır…”
Uilyam Tekkerey
***
“Azadlıq uğrunda istənilən müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir”.
J.Lakorder
***
“Hərbi qüvvələr arasındakı nisbət ölkənin müdafiəsi üçün kifayət olmasa belə, özünü müdafiə edən xalq məğlubedilməzdir”.
Napoloen Bonapart
***
“Böyük qarşıdurmalar qətnamə və danışıqlarla deyil, silah və qanla həll edilir”.
***
“Hər millət taleyi üçün öz qılıncına güvənməlidir”.
Otto fon Bismark
***
“Mən sülh uğrunda müharibə etmək istəyirəm”.
Albert Eynşteyn
***
“Bütün müharibələrdə qələbə ilk əvvəl insan şüurunda qazanılır”.
Janna Dark
çap et