Vaxt.Az

“Məqsəd dəqiqdirsə, məsafənin önəmi yoxdur”


 

Ceyn Ostinin aforizmləri

“Məqsəd dəqiqdirsə, məsafənin önəmi yoxdur” VAXT.AZ məşhur ingilis yazıçısı Ceyn Ostinin aforizmlərini təqdim edir.

“Təmkinlə dəf etdiyimiz çətinlik, qarşımıza qoyduğumuz məqsədlə düz mütənasib olmalıdır”.

***

“Sevmədən ailə quran qadın ev əşyalarının ən etibarlı keşikçisidir”.

***

“Dünyanı müşahidə etdikcə, daha az bəyənirəm”.

***

“Kiminsə fikri başqası üçün ehkam olmamalıdır”.

***

“Məqsəd dəqiqdirsə, məsafənin önəmi yoxdur”.

***

“Yaxşı yazılmış kitab həmişə tez oxunur”.

***

“Keçmişin yalnız sizə zövq verəcək hadisələrini xatırlayın”.

***

“Xoşbəxtliyin indiyə qədər eşitdiyim ən yaxşı formulu varlı olmaqdır”.

***

“Gənc yaşlarında təbiətin dadını doyunca çıxara bilməyənlərə yazığım gəlir”.

***

“Həmişə xəyallarınızın uzaq diyarları gəzməsinə imkan yaradın”.

***

“Səfeh şeylər ağıllı adamlar tərəfindən dəfərlərlə təkrarlananda normal qarşılanır”.

***

“Bizim kimliyimizi müəyyənləşdirən düşüncələrimiz yox, əməllərimizdir”.

***

“Məni heç nə ürəyimcə olmayan bir işi gördüyüm qədər yora bilməz”.

***

“Günəşli gündə kölgədə oturub yaşıllığı seyr etməkdən gözəl istirahət yoxdur”.

***

“İnsanların bərabər olduğu yerdə yoxsulluq da zənginlik kimidir”.

***

“Hər gün ən azı on dəqiqəni faydalı işlərə sərf edəcəyini özünə sübut etmədən qapıdan çölə çıxma”.

***

“Yalnız ən dərin hisslər məni kiminləsə qovuşdura bilər. Bu səbəbdən yəqin qarıyıb qalacağam”.

***

“Məgər ətrafı görməmək aşiq olmağın ən dəqiq sübutu deyilmi?”

***

“İnsanı öz duyğuları qədər çaşdıran ikinci bir şey yoxdur”.

***

“İnsan sevməyi bütün həyatı boyu öyrənir”.

***

“Duyğularımı ifadə edə biləcək söz tapmayanda, onu hamıdan gizləyirəm”.

***

“Əgər hansısa bir insan – fərq etməz, qadın ya kişi, yaxşı romandan zövq ala bilmirsə, deməli, ondan heç vaxt adam olmayacaq”.

 





10.01.2026    çap et  çap et