Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.VAXT.AZ xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək”.
***
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
***
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, əməkdaşlar və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Qurum tərəfindən əlavə məlumatın veriləcəyi bildirilir.
***
“Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib”, – deyə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
çap et