Ukrayna ordusu işğalçıların hərbi obyektlərini məhv edir.VAXT.AZ xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri FP2 pilotsuz uçuş aparatları vasitəsilə həftə ərzində Donetsk və Zaporojyenin işğal olunmuş ərazilərində düşmənin bir sıra arsenallarını, anbarlarını və logistika mərkəzlərini sıradan çıxarıb.
Hədəflər Rusiya ilə Krımı birləşdirmək, qoşun, texnika və digər yüklərin daşınması üçün işğal etdiyi torpaqlardan keçən əsas magistral yolunda yerləşirdi.
Ukrayna ordusu Mikilske, Makedonivka və Mariupol yaxınlığındakı
Markove kəndlərində işğqalçılara aid 3 arsenalı və 3 təminat anbarını vurub.
Eyni Mikilske və Markovede rusların 2 logistika mərkəzi məhv edilib.
çap et