Vaxt.Az

“Coğrafi olaraq ofsayt” – VİDEO


 

“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı

“Coğrafi olaraq ofsayt”<b style="color:red"> – VİDEO</b> Türkiyədə aprelin 18-də keçirilən “Gənclərbirliyi” – “Qalatasaray” maçı zamanı sarı-qırmızılı futbolçu Leroy Sane tərəfindən vurulan və sonradan ləğv edilən qol epizodu ilə bağlı VAR otağındakı danışıqlar ictimaiyyətə açıqlanıb.

Yayımlanan VAR qeydlərinə əsasən, epizod zamanı potensial ofsayt şübhəsi yarandıqdan sonra VAR hakimi Abdulla Buğra Daşqınsoy baş hakim Batuxan Kolakı monitor qarşısına dəvət edib. VAR hakimi hücum epizodunda iştirak edən futbolçunun oyuna təsir edib-etmədiyini qiymətləndirməyi xahiş edib.

Danışıqlarda VAR hakimi epizodun əvvəlində ön dirəkdə yerləşən Yunus Akgünün vəziyyətinə diqqət çəkib. Bu zaman futbolda yeni termin – coğrafi olaraq ofsayt – işlədən VAR hakimi “Qalatasaray” futbolçusunun oyundan kənar mövqedə olduğunu bildirib. Baş hakim isə müdafiəçinin reaksiyasını diqqətlə izləmək üçün epizodun müxtəlif bucaqlardan təkrar göstərilməsini istəyib.

Videonun təkrar baxışından sonra baş hakim müdafiəçinin hərəkətinə təsirin olduğunu müəyyən edib və nəticədə qolun ləğv edilməsi qərarını verib. Qərara əsasən, oyun ofsayt qərarı ilə bərpa olunub.

VAR otağı ilə baş hakim arasında baş tutan dialoqun sonunda qərarın təsdiqləndiyi və oyunun ofsaytla davam etdirildiyi bildirilib.

 





22.04.2026    çap et  çap et