Prezident Donald Trampın ABŞ–İran qarşıdurması ilə əlaqədar uzadılan müvəqqəti atəşkəslə bağlı İrana 3–5 gün vaxt verdiyi iddia olunur.VAXT.AZ “Axios”a istinadən xəbər verir ki, mövzuya yaxın mənbələrin xəbər portalına verdiyi məlumata görə, ABŞ rəsmiləri Trampın dünən gecə müddətini uzatdığı müvəqqəti atəşkəs üçün konkret zaman çərçivəsi müəyyən etdiyini bildiriblər.
ABŞ-li rəsmilərdən biri qeyd edib ki, Tramp İrana vahid və tutarlı qarşı təklif ətrafında anlaşmaq üçün 3–5 gün vaxt verib. Rəsmiyə görə, ABŞ Prezidenti İran tərəfinə əlavə vaxt verməyə hazır olsa da, bu prosesin qeyri-müəyyən müddətə davam etməyəcəyi vurğulanıb.
Onun sözlərinə görə, Tramp İranın mövqeyini formalaşdırması üçün qısa müddətli əlavə atəşkəsə razıdır, lakin bu addım yalnız konkret nəticələrin əldə olunması ilə şərti ilə atılıb.
Digər bir ABŞ rəsmisi isə bildirib ki, Tramp İranla müharibəni dayandıra və ölkənin nüvə proqramı ilə bağlı danışıqları aparmağa qadir olan səlahiyyətli şəxslərin olmadığını düşünür.
Məlumata görə, son dövrlərdə İranın ali dini rəhbəri Müctəba Xameneyinin demək olar ki, heç bir əlaqə saxlamadığı iddia olunur. ABŞ tərəfi İran daxilində danışıqlar aparan nümayəndələrlə hərbi strukturlar arasında ciddi əlaqə çatışmazlığı olduğunu ehtimal edir.
Danışıqlar barədə məlumatlı olan israilli bir rəsmi də bildirib ki, ABŞ və Pakistan tərəfinin yaxın günlərdə Xameneyinin səssizliyini pozacağını və danışıqlar aparan nümayəndələrə masa arxasına qayıtmaq üçün açıq göstəriş verəcəyini gözlədiyi qeyd olunub.
çap et