Vaxt.Az

“Avtoş”lar həbs olundu


 

15 sutkalıq cəza

“Avtoş”lar həbs olundu Ağsu Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlıq edən sürücülər – Cəmil Qurbanov və Yusif Yusifov həbs ediblər.

VAXT.AZ Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, avtoxuliqanlar idarə etdikləri “Mercedes” və “Tofaş” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini əks etdirən videoları sosial şəbəkə hesablarında paylaşıblar.

“Avtoş” sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

 





23.04.2026    çap et  çap et