Vaxt.Az

İran ilk dəfə ticarət gəmilərini həbs etdi


 

Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi

İran ilk dəfə ticarət gəmilərini həbs etdi Yaxın Şərqdə davam edən müharibənin səkkizinci həftəsində Hörmüz boğazı ətrafında vəziyyət daha da kəskinləşib. İran qüvvələrinin ticarət gəmilərinə atəş açaraq ən azı iki gəmini ələ keçirməsi nəticəsində dünyanın ən vacib dəniz ticarət marşrutlarından birində hərəkət faktiki olaraq dayanıb.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən boğazda kommersiya gəmilərinin hərəkəti demək olar ki, tam dayandırılıb. Müharibə başlayandan bəri ilk dəfə qeydə alınan bu hadisə zamanı İran dəniz qüvvələri ticarət gəmilərinə atəş açdıqdan sonra iki gəminin üzərinə çıxaraq onları nəzarətə götürüb.

Bildirilir ki, konteyner gəmisi “MSC Francesca” və quru yük gəmisi “Epaminondas” İran qüvvələri tərəfindən ələ keçirilib.

Məlumata əsasən, “Epaminondas” gəmisinin Geşm Adası istiqamətinə çəkildiyi müşahidə olunub, “MSC Francesca” gəmisinin isə siqnal izlənməsi kəsilib.

Boğazda hərəkətdə olan yeganə gəminin Yunanıstanın “LB Energy” şirkətinə məxsus “Ocean Jewel” adlı tanker isə hücumlardan sonra hərəkəti dayandıraraq gözləmə mövqeyinə keçdiyi bildirilib.

 





23.04.2026    çap et  çap et