Vaxt.Az

Tehranda partlayış səsləri


 

İsrail hücum iddialarını təkzib etdi

Tehranda partlayış səsləri İranın paytaxtı Tehran şəhərində partlayış səsləri eşidilib. İran mediası hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.

VAXT.AZ “Mehr” agentliyinə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin Tehranın bəzi bölgələrində “düşmən hədəflərini zərərsizləşdirdiyini” açıqlayıb.

İran mediasında yayılan xəbərlərdə qeyd olunub ki, paytaxtın qərb istiqamətinə daxil olan iki pilotsuz uçuş aparatının qarşısı alınıb.

Tel-Əviv İrana hücum təşkil etdiyi barədə yayılan iddiaları təkzib edib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp iki gün əvvəl bildirmişdi ki, Tehrandakı rəsmilər arasında fikir ayrılıqları barədə xəbərlər fonunda ABŞ İran müharibəni dayandırmaq təklifi təqdim edənədək İranla bağlı atəşkəs rejiminin uzadılması qərarını qəbul edib.

Hadisənin detalları və mümkün itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.

 





23.04.2026    çap et  çap et