Yaxın Şərqdə artan gərginlik və İranda hava hücumları barədə xəbərlərin yayılması ilə əlaqədar dünya enerji bazarlarında qiymət artımı qeydə alınıb. Hadisələrdən sonra “Brent” markalı neftin bir barelinin qiyməti 5 dollar bahalaşaraq 105,42 dollara çatıb.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, qiymət artımı regionda geosiyasi risklərin yüksəlməsi xüsusilə Hormuz boğazı ətrafında baş verən hadisələrlə əlaqələndirilir.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina yerləşdirdiyindən şübhələnilən gəmilərə qarşı zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib. Bu açıqlama qlobal enerji təchizatının sabitliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Mütəxəssislər hesab edir ki, bölgədə mümkün hərbi eskalasiya dünya bazarına neft tədarükündə fasilələr yarada bilər. Bu isə bazarlarda dalğalanmanı gücləndirən əsas amillərdən biri sayılır.
Dünən keçirilən ticarət sessiyasında iki həftədən artıq fasilədən sonra ilk dəfə 100 dollar həddini aşan “Brent” bu gün də təxminən 5 faiz bahalaşıb.
Son qiymət artımı nəticəsində “Brent” qiyməti 105,42 dollara yüksəlib.
Hadisələrin inkişafı və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin necə dəyişəcəyi dünya enerji bazarlarının gələcək dinamikasında həlledici rol oynaya bilər.
çap et