Vaxt.Az

“Nüvə silahı istifadə etməyəcəyəm”


 

Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib

“Nüvə silahı istifadə etməyəcəyəm” ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərginliyin enerji bazarlarına təsir etdiyini qəbul edərək, amerikalıların bir müddət daha yüksək benzin qiymətlərinə hazır olmalı olduqlarını bildirib.

VAXT.AZ “Associated Press”ə istinadən xəbər verir ki, Tramp enerji qiymətlərindəki artımın qlobal xarakter daşıdığını qeyd etsə də, ABŞ-ın maksimum təzyiq strategiyası ilə vəziyyəti idarə etməyə davam etdiyini deyib.

ABŞ Prezidenti İranla bağlı mümkün hərbi eskalasiyaya toxunaraq nüvə silahından istifadəni istisna etdiyini bildirib. O, ABŞ-ın konvensional hərbi gücünün kifayət etdiyini vurğulayaraq, istənilən hərbi hazırlığın qısa müddətdə sıradan çıxarıla biləcəyini iddia edib.

Hörmüz boğazı və İranın iqtisadi vəziyyəti ilə bağlı danışan Tramp, gərginlik davam etdiyi müddətdə diplomatik razılaşma olmadan vəziyyətin dəyişməyəcəyini bildirib. O, ABŞ-nin regionda təsir gücünə işarə edərək, İranın yalnız razılaşma əldə edəcəyi halda müəyyən məhdudiyyətlərin aradan qalxa biləcəyini deyib.

Tramp İran daxilində siyasi və iqtisadi gərginliklərin artdığını da iddia edərək, hazırkı vəziyyəti danışıqlar üçün çətin mərhələ kimi qiymətləndirib.

 





24.04.2026    çap et  çap et