Vaxt.Az

Pentaqonun gizli məktubu sızdı


 

ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər

Pentaqonun gizli məktubu sızdı ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) aid olduğu iddia edilən daxili e-mail ABŞ-ın İranla bağlı gərginlik fonunda NATO müttəfiqlərinə qarşı mümkün siyasi və hərbi addımları müzakirə etdiyi bildirilir.

VATX.AZ “Reuters”ə istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ administrasiyası İran münaqişəsi zamanı Vaşinqtona dəstək verməyən bəzi NATO ölkələrinə qarşı siyasi təzyiq mexanizmlərini nəzərdən keçirir. Variantlar arasında İspaniyanın NATO strukturlarında yüksək vəzifələrdən kənarlaşdırılması və alyans daxilində rolunun məhdudlaşdırılması kimi təkliflər də yer alır.

Məktubda ABŞ-ın bəzi müttəfiqlərinin hava məkanı, hərbi baza istifadəsi və uçuş icazələri ilə bağlı tələblərə qeyri-kafi dəstək verdiyi qeyd olunur. Bu ölkələrin mövqeyi Vaşinqton tərəfindən məyusedici kimi qiymətləndirilir.

“Reuters”in məlumatına görə, müzakirə edilən variantlar arasında çətin tərəfdaşların NATO daxilində yüksək vəzifələrdən uzaqlaşdırılması kimi siyasi təkliflər də var.

Sənəddə İspaniyanın İranla bağlı əməliyyatlara qarşı çıxması, hava məkanını bağlaması və ABŞ-ın hərbi uçuşlarına icazə verməməsi xüsusi qeyd olunur. İspaniyanın müdafiə naziri bu müharibəni qanunsuz və ədalətsiz adlandırmış, Baş nazir Pedro Sançes isə mövqenin dəyişməyəcəyini bildirmişdi.

Eyni zamanda, ABŞ rəsmilərinin Böyük Britaniyanın Folklend adaları ilə bağlı mövqeyini də nəzərdən keçirə biləcəyi ehtimalı qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp son günlər NATO müttəfiqlərini tənqid edərək bəzi ölkələrin ABŞ-ın regiondakı əməliyyatlarına kifayət qədər dəstək vermədiyini bildirib. O, daha əvvəl də alyansdan çıxma ehtimalını gündəmə gətirmişdi.

Məlumata görə, İran və ABŞ arasında gərginlik əsnasında Hörmüz boğazı ətrafında vəziyyət dəyişməz qalır. Vaşinqton bölgədə hərbi mövcudluğunu davam etdirir, Tehran isə boğazla bağlı sərt mövqeyini saxlayır.

 





24.04.2026    çap et  çap et