Rayon sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də heç bir cavab ala bilməyib. Rayon İcra Hakimiyyətindən sakinlərə deyiblər ki, türk sərhədçilərin Kirnati rayonunun içərilərinə doğru girməsi ilə bağlı rəsmi Tbilisiyə müraciət etsin.
Hökumət nümayəndələrindən birinin «Vestnik Kavkaza» saytına müsahibəsində bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərində məğlubiyyətinə az qalmış Kirnati rayonunun bir hissəsini simvolik olaraq 1 lariyə Türkiyəyə bağışlayıb. Hökumət nümayəndəsinin sözlərinə görə, bununla bağlı sənəd də var.