Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində 2 vətəndaş köməksiz vəziyyətdə qalıb.VAXT.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.
Qazıntı işləri zamanı torpaq qatının çökdüyü və 2 kişinin torpaq qatının altında qaldığı müəyyənləşib.
Xilasedicilər tərəfindən bir nəfər xilas edilib, digərinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
çap et