Vaxt.Az

“Gözə göz, dişə diş”


 

İran Səudiyyə Ərəbistanını hədələdi

“Gözə göz, dişə diş” İranın vitse-prezidenti müavini İsmayıl Sahab İsfahani ölkənin neft infrastrukturuna ediləcək hər hansı hücumun cavabsız qalmayacağını bildirib.

VAXT.AZ IRNA-ya istinadən xəbər verir ki, Tehran yaxınlığındakı İslamşəhr rayonunda keçirilən aksiya zamanı çıxış edən İsfahani ABŞ-nin İranın enerji obyektlərinə yönəlmiş mümkün zərbə hədələrinə münasibət bildirib.

Onun sözlərinə görə, İranın cavab planı mərhələli şəkildə hazırlanıb və “gözə göz, dişə diş” prinsipinə əsaslanır. Rəsmi bildirib ki, İranın hər hansı neft quyusuna zərbə endiriləcəyi halda, cavab olaraq Səudiyyə Ərəbistanı enerji obyektləri hədəfə alına bilər.

İsfahani əlavə edib ki, Donald Tramp tərəfindən səsləndirilən hədələr İranı qorxutmayacaq və zəruri halda adekvat cavab veriləcək.

Bundan əvvəl Tramp İranın ABŞ tələblərini qəbul etməyəcəyi halda enerji obyektləri də daxil olmaqla ölkənin mülki infrastrukturunun hədəfə alına biləcəyi barədə xəbərdarlıq etmişdi.

 





24.04.2026    çap et  çap et