Belə ki, qatar «İnşaatçılar» metrostansiyası ilə «Elmlər Akademiyası» stansiyası arasında gedərkən axırıncı vaqonda 30 yaşlı qadın gənc oğlana hücum çəkib. Qadın iddia edirdi ki, gənc oğlan onu qucaqlayıb. Qadının sözlərinə görə, gənc oğlan onu arxadan qucaqlayıb. Lakin oğlan iddiaları qəbul etməyərək, qadının yalan danışdığını bildirib.
Sərnişinlərin mübahisə etdiyi vaxt həmin gənc müvazinətini saxlaya bilməyib və qadının qolundan tutdu. Bu hərəkət qadını daha da özündən çıxarıb. Oğlana əl atmaq istəyən qadına digər sərnişinlər mane olublar. Qadın əvəzində gənci söyməyə başlayıb.
Ani baş verən hadisədən özünü itirən gənc qatar «Elmlər Akademiyası» stansiyasına çatan kimi qatardan düşüb. Böyük bir çətinlikdən qurtulmuş kimi iri addımlarla qaçaraq metrodan çıxıb.