Vaxt.Az

Daha bir rus generalına sui-qəsd cəhdi


 

Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib

Daha bir rus generalına sui-qəsd cəhdi Rusiya "Teleqram" kanallarında yayılan məlumatlara görə, Xabarovsk diyarında yerləşən Knyaze-Volkonskoye-1 hərbi qarnizonunda partlayış baş verib.

VAXT.AZ xəbər verir ki, iddialara əsasən, hadisə zamanı Rusiya Silahlı Qüvvələrinin general-mayoru Azadbəy Ömürbəyov hədəf alınıb. O, 2022-ci ildə Ukraynanın Buça şəhərindəki əməliyyatlara rəhbərlik edən 64-cü ayrı motoatıcı briqadanın komandiri kimi tanınır.

Məlumatlara görə, partlayıcı qurğu hərbi hissə ərazisində yaşayış binasının girişindəki poçt qutusuna yerləşdirilib. Hadisə nəticəsində bir hərbçinin həlak olduğu, bir neçə şəxsin yaralandığı bildirilir. Ölən şəxslərdən birinin rabitə batalyonunun komandiri, polkovnik-leytenant Kuzmenko olduğu iddia edilir.

Hadisənin hədəfinin məhz general-mayor Ömürbəyov olduğu, lakin onun vəziyyəti barədə dəqiq məlumat verilmədiyi qeyd olunur.

Rusiya Müdafiə Nazirliyi və rəsmi qurumlar bu iddialarla bağlı hələlik açıqlama verməyib.

 





29.04.2026    çap et  çap et