Vaxt.Az

Moskvada 9 May qadağası


 

İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq

Moskvada 9 May qadağası Rusiya paytaxtı Moskva şəhərində 9 May Qələbə Günü tədbirləri ərəfəsində mobil rabitənin məhdudlaşdırıla biləcəyi barədə məlumat yayılıb.

VAXT.AZ BBC-yə istinad xəbər verir ki, məhdudiyyətlər SMS daxil olmaqla mobil rabitə xidmətlərini də əhatə edə bilər. Bildirilir ki, səsli zənglər və internet bağlantısında da ciddi problemlər yaşana bilər.

İddialara əsasən, məhdudiyyətlər şəhərin mərkəzini və Moskva halqa yolu daxilindəki əraziləri əhatə edəcək.

Məlumata görə, bəzi “ağ siyahı” sistemlərinin də məhdudiyyətlərə məruz qalacağı iddia olunur.

Rusiya Müdafiə Nazirliyi mayın 9-da hərbi paradın bu il daha məhdud formatda keçiriləcəyini açıqlayıb.

Bildirilir ki, paradın bəzi hərbi texnikasız keçirilməsi qərarı təhlükəsizlik riskləri və terror təhdidləri ilə əsaslandırılıb. Rusiya tərəfi bu risklərin Ukrayna ilə bağlı olduğunu iddia edir.

 





29.04.2026    çap et  çap et