Vaxt.Az

Mahir Şükürovun adaşı Türkiyədə tutuldu


 

Ədirnə və İstanbul şəhər polisləri birgə əməliyyat keçiriblər

Mahir Şükürovun adaşı Türkiyədə tutuldu Türkiyənin Ədirnə şəhərində polis məmurunu güllələyərək qətlə yetirən azərbaycanlı Mahir Şükürov həbs edilib.


ANS PRESS-in məlumatına görə, Ədirnə və İsanbul şəhər polisləri birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı həbs edilən Mahir Şükürovun barəsində məhkəmə həbs qəti-imkan təbirinin seçilməsi barəsində qərar qəbul edib.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Ədirnədə baş vermişdi. Rus və azərbaycanlı qrup arasında baş verən silahlı insidentdə bir polis şəhid olmuşdu.

Polis mafiya qarşıdurmasına qarışanların keçmiş polis Tufan Alpay (47), hadisədən sonra vəzifəsindən uzaqlaşdırlan Mustafa Türk (43), iki ayağından yaralanan Şaban Erdoğan (44), Faruk Barabakan (29), Yılmaz Bilmen (55), azərbaycanlılar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyib Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38), Qara Əliyev (30), Mehman Rahimov (41), ukraynalı Luka Asanedze (30), rusiyalı Nikolay Debjadze (32) saxlanılıb.

 





19.06.2014    çap et  çap et