Vaxt.Az

“Onlar sanki boğulur”


 

Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”

“Onlar sanki boğulur” ABŞ Prezidenti Donald Tramp nüvə proqramı ilə bağlı Vaşinqtonun narahatlıqlarını aradan qaldıracaq razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasının davam etdiriləcəyini bildirib.

VAXT.AZ “Axios”a istinadən xəbər verir ki, xəbər platformasına telefonla müsahibə verən Tramp İranla mümkün razılaşma prosesi ilə bağlı fikirlərini bölüşüb.

Tramp İranın əvvəlcə Hörmüz boğazının açılması, nüvə razılaşmasının isə daha sonraya saxlanılması ilə bağlı son təklifini qəbul etmədiklərini qeyd edib.

İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının davam edəcəyini bildirən Tramp, “İranlılar razılaşmaq istəyirlər. Onlar blokadanın davam etməsini istəmirlər. Mən isə bunu qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə bildirib.

İran limanlarına tətbiq edilən blokadanın “bombalamadan” daha effektiv olduğunu düşündüyünü deyən Tramp, “Onlar sanki boğulur. Vəziyyət onlar üçün daha da pisləşəcək. Nüvə silahına sahib ola bilməzlər”, – deyib.

Tramp həmçinin qeyd edib ki, dəniz blokadası İranın neft ehtiyatlarına ciddi təzyiq göstərir və ölkə hər gün böyük iqtisadi itkilər verir. Onun sözlərinə görə, Tehran rəhbərliyi bu vəziyyəti davam etdirə bilməz və razılaşma axtarışındadır.

 





30.04.2026    çap et  çap et