Vaxt.Az

““Təslim oluruq!” demələri kifayətdir”


 

Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”

““Təslim oluruq!” demələri kifayətdir” ABŞ Prezidenti Donald Tramp İranın artıq hərbi gücünün qalmadığını və təslim olmaq məcburiyyətində olduğunu deyib.

VAXT.AZ “Axios”a istinadən xəbər verir ki, Donald Trampın sözlərinə görə, İrana qarşı tətbiq edilən dəniz blokadası nüvə razılaşması əldə olunana qədər davam edəcək: “Bu dahiyanə addımdır və 100% işləyir. Onların artıq heç bir hərbi gücü qalmayıb. Təslim olmaq məcburiyyətindədirlər, edə biləcəkləri yeganə şey budur. “Təslim oluruq!” demələri kifayətdir”.

Tramp “Artemis 2” missiyasının heyətini Ağ Evdə qəbul etdiyi görüşdə jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.

İranın nüvə silahına malik olmayacağı bir razılaşmadan başqa heç bir variantı qəbul etməyəcəklərini vurğulayan Tramp, “Onlar xeyli irəliləyiblər, lakin əsas sual bundan sonra kifayət qədər irəliləyib-irəliləməyəcəkləridir”, – deyə qeyd edib.

ABŞ Prezidenti həmçinin Böyük Britaniya Kralı III Çarlzın NATO ittifaqında birlik çağırışları və Ukraynaya dəstək mesajları ilə bağlı fikirlərini də bölüşüb.

Tramp Çarlzın ölkəsini sevən yaxşı kral olduğunu və açıqlamalarının normal qarşılanmalı olduğunu bildirib, bu ifadələrdə mənfi məna görmədiyini qeyd edib.

O, Kral III Çarlzın İran və Ukrayna məsələlərində mövcud Böyük Britaniya hökumətindən daha çox ABŞ-yə dəstək verə biləcəyini də vurğulayaraq, “Düşünürəm ki, əgər bu, Kral Çarlzdan asılı olsaydı, böyük ehtimalla İran məsələsində bizə kömək edərdi. Ukrayna ilə bağlı irəli sürdüyümüz təklifləri də dinləyərdi”, – deyib.

 





30.04.2026    çap et  çap et