Əfqanıstanla Pakistan arasında ara-sıra baş verən hərbi toqquşmalar bölgə ölkələrini narahat edir. Əfqanıstana qonşu olan Tacikistan sərhədlərini gücləndirməyə qərar verib. Bir müddət əvvəl Əfqanıstan ərazisindən sərhədi keçməyə çalışan silah qruplaşma ilə toqquşma nəticəsində Tacikistanda çalışan bir neçə çinli işçinin həlak olmuşdu. Bu kimi halların qarşısını almaq üçün Tacikistan Rusiya və Çinin iştirakı ilə silahlı qüvvələrini və sərhəd qoşunlarını gücləndirməyə davam edəcək.Tacikistanda müdafiə sənayesi yoxdur və silah təchizatından asılıdır. Buna görə də Tacikistanın bu sahədə Rusiya və Çindən asılılığı var. Rusiya Tacikistanda 201-ci hərbi bazanı öz hesabına saxlayır və onun mövcudluğu 2042-ci ilə qədər planlaşdırılıb. Rusiya və Çin tərəfdaş olsalar da, Tacikistanda rəqibdirlər. Hər ikisi Mərkəzi Asiya, o cümlədən Tacikistanla hərbi sahədə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin Rusiyanın bu bölgədəki fəaliyyətini diqqətli analiz edir. Maraqlıdır ki, Rusiyada Çini sadəcə Elmlər Akademiyası nəzdində yalnız Asiya İnstitutu tədqiq edirsə, Çində Rusiyanı araşdıran tədqiqat mərkəzlərinin sayı 20-dən çoxdur. Bu tədqiqat mərkəzləri Rusiyanın iqtisadi gücünü, daxili bazarını və investisiya gücünü araşdırırlar. Nəticədə Tacikistanda Rusiya istehsalı olan nəqliyyat vasitələrini Çin istehsalı olan elektrikli nəqliyyat vasitələri əvəz edib. Bununla Çin rəqabət üstünlüyü qazanıb və Tacikistanda yeni Çin elektrikli nəqliyyat vasitələrinin faizi artıb. Tacikistanda yüzlərlə Çin şirkəti fəaliyyət göstərir. Çin ikitərəfli ticarət həcmində birinci yerə yüksəlib. Çin, Tacikistanda aparıcı kredit və investisiya təminatçısıdır. Buna baxmayaraq, Tacikistan vətəndaşlarının Çində çalışmaq imkanı yoxdur, əksinə Çin şirkətləri öz vətəndaşlarını bu ölkədə çalışdırırlar ki, bu bır sıra hallarda narazılığa səbəb olur. Tacikistan vətəndaşları əsasən Rusiyada çalışmağa üstünlük verirlər. Ancaq Rusiyada da vəziyyət mənfiyə doğru dəyişib. Rusiya miqrasiya qanunlarını sərtləşdirib. Buna baxmayaraq, işçi qüvvəsinin çatışmazlığı səbəbindən Rusiyanın hələ də miqrant işçilərə ehtiyacı var.
Rusiya Tacikistana hər il təxminən 1 milyon ton yanacaq və sürtgü yağlarını rüsumsuz tədarük etməyə davam edir. Rusiya Qazaxıstanda olduğu kimi Tacikistanda da atom elektrik stansiyası tikmək istəyir. Ancaq Moskvanın bu planları Pekini narahat edir. Pekin Moskvanı Tacikistanda hərbi zəmində də sıxışdırmağa çalışır. Misal üçün Çin Tacikistanla Əfqanıstan sərhədinə nəzarət məntəqələri inşa edir. Çinin Tacikistanda hərbi varlığının digər məqsədi “Böyük İpək Yolu” layihəsinin bu ölkədən keçən hissəsinə nəzarət etməkdir. Ancaq ABŞ-İran müharibəsi və Əfqanıstanın qonşu ölkələrlə sərhədlərində baş verən toqquşmalar Pekinin böyük layihəsinə müxtəlif təhlükələr yaradır.
çap et