Qəzza bölgəsinə humanitar yardım çatdırmaq məqsədi ilə yola çıxan “Sumud donanması” İsrail ordusunun beynəlxalq sularda həyata keçirdiyi müdaxilə nəticəsində saxlanılıb. Donanmanın açıqlamasına görə, əməliyyat zamanı ümumilikdə isə bir sıra gəmilər İsrail qüvvələrinin nəzarətinə götürülüb, o cümlədən 18 türk vətəndaşı saxlanılıb.VAXT.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail hərbi qüvvələri Yunanıstanın ərazi sularına yaxın, lakin beynəlxalq hesab olunan ərazidə donanmaya müdaxilə edib. Hadisə nəticəsində 21 gəminin ələ keçirildiyi qeyd olunur. Bəzi gəmilərin Yunanıstan ərazi sularına daxil olaraq təhlükəsiz zonaya keçdiyi, digərlərinin isə hərəkətini davam etdirdiyi qeyd olunur.
39 ölkədən 345 nəfərin olduğu və 60-dan çox gəmidən ibarət donanmanın məqsədi Qəzza blokadasını yarmaq və bölgəyə humanitar yardım çatdırmaq olub. Missiya 12 apreldə İspaniyanın Barselona şəhərindən yola çıxıb, daha sonra İtaliyanın Siciliya adasında yeni iştirakçılarla genişlənərək Aralıq dənizinə daxil olmuşdu.
Hadisədən əvvəl, 29 aprel gecəsi Girit adası yaxınlığında İsrail ordusunun beynəlxalq sularda əməliyyat keçirdiyi və bir neçə gəmini ələ keçirdiyi bildirilir. Təşkilatçılar bu müdaxiləni beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək humanitar missiyanın qarşısının alındığını iddia edirlər.
Saxlanılan şəxslər arasında müxtəlif ölkələrdən aktivistlər yer alır. Donanmanın məlumatına görə, Türkiyə vətəndaşları da daxil olmaqla ümumilikdə 18 nəfər İsrail qüvvələri tərəfindən saxlanılıb. Onların hüquqi statusu ilə bağlı rəsmi açıqlamalar gözlənilir.
İsrail tərəfi isə bu cür əməliyyatları Qəzza ətrafında tətbiq edilən dəniz blokadasının pozulmasının qarşısını almaq məqsədi ilə həyata keçirdiyini bildirir.
çap et